11 iyun 2022 15:46
635

Ağacların qurudulmasının qarşısı alınıb

Buzovna-Maştağa yonundakı ticarət obyektlərin qarşısında bir neçə çoxillik şam ağaclarının bilərəkdən məhv edilməsi ilə bağlı daxıl olan məlumatla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən dərhal məsələyə operativ reaksiya verilərək həmin ünvanda araşdırma və inventarizasiya aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən “İki sahil”ə verilən məlumata görə, ağacların dibindən torpaq nümunələri götürülüb və  laboratoriyaya analizlərə göndərilib. Analizlərin nəticəsi kimi ağacların quruması səbəbinin xəstəlik və ya kənar müdaxilə olacağı bilinəcəkdir. Bildirilib ki, ağacların bilərəkdən qurudulması faktı aşkar edilən təqdirdə günahkarlara qarşı ciddi ölçü götürələcəkdir.

Aparılan araşdırmalarla yanaşı həmin ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən  yeni ağacların əkilməsi təmin edilib, movcud ağaclara aqrotexniki qulluq göstərilib.