Lerik rayonun Ləkər kəndində Vətən müharibəsi şəhidi kiçik gizir Talıbov Təbriz Məhərrəmli oğlunun doğum günü xatirəsi anılıb.
“İki sahil” xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin ,Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının, Səfərbəylik və Hərbi Xitmətə Çağırış üzrə Dövlət Xitmətinin Lerik rayon şöbəsinin nümayəndələri, ,şəhidin ailə üzvləri,kənd sakinləri şəhidimizin məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər
Qeyd edək ki, şəhid Talıbov Təbriz 11 iyun 1994-cü ildə Lerik rayonunun Ləkər kəndində anadan olub.Vətən müharibəsinin ilk günlərindən Təbriz Çevik Hərəkət Bölüyünün tərkibində ön cəbhəyə yollanıb. Onun döyüş yolu Cəbrayıl və Zəngilan rayonlarından keçib. Bir sıra düşmən hədəflərini məhv edən Təbriz döyüş yoldaşları ilə birlikdə 2020-ci il oktyabrın 22-də Zəngilan rayonu ərazisində Sığırd yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə düşmən pusqusuna düşüb. İki saat ərzində düşmənlə mətanətlə vuruşaraq yoldaşlarının pusqudan çıxmasına şərait yaradan Təbriz qəhrəmancasına şəhid olub. Kiçik gizir Talıbov Təbriz Məhərrəməli oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!