Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 920 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 274, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 240, “buster” doza ilə peyvənd olunanların sayı 1 min 288, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 118 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 743 min 509, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 350 min 763, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 850 min 905 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 294 min 460, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 min 381 nəfərdir.