Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
“İki sahil” xəbər verir ki, 29 dövrənin yekununda "Prema Racing"dən Dennis Hauger bütün rəqiblərini qabaqlayıb.
"Carlin"dən Logan Sargeant ikinci, "MP Motorsport"dan Felipe Druqoviç üçüncü yeri tutub. Ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib.