Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 434 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 205, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 150, “buster” doza ilə peyvənd olunanların sayı 965, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 114 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 744 min 943, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 350 min 968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 851 min 55 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 295 min 425, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 min 495 nəfərdir.