Ölkəmizin dövlətçilik təqviminə şanlı səhifə kimi daxil olan 15 iyun- Milli Qurtuluş Günü münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin nümayəndələri, sıravi vətəndaşlar Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə tər çiçək dəstələri qoyaraq ona olan hörmət və ehtiramlarını ifadə etdilər. Həm də ziyarətçilər Heydər Əliyev muzeyində oldular, burada sərgilənən eksponatlara baxdılar . Gün ərzində ictimaiyyət tərəfindən Ulu Öndərin abidəsi, eləcə muzeyi ziyarət edildi.
Lənkəranda Milli Qurtuluş Gününün yekunu kimi, eyni zamanda Şəhər İcra Hakimiyyətinin konfrans zalında möhtəşəm tədbir oldu. Burada təhsil, səhiyyə, idman, gənclər, Qeyri Hökumət Təşkilatların , mədəniyyət müəssisələrinin iştirakı ilə bu günün əhəmiyyəti, müasir dövlətimizin, çağdaş Azərbaycan dövlətçiliyinin, xalqımızın tarixindəki yeri və rolu barədə geniş söhbət açıldı.
Ölkədə müstəqilliyin əldə olunması və Heydər Əliyevin 9 iyunda xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtması dövrünədək olan müddətdə respublikada baş verən ictimai-siyasi mənzərələrə toxunan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirdi ki, Bakıdan Naxçıvana olan “Qayıdış” və o vaxtı Ali Sovetin sədri seçilməsi ilə “Qurtuluş” bu gün bizi qələbəyə aparan Zəfər yolunun bünövrəsini, ana sütununu təşkil edir. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısında həyata keçirdiyi çoxsaylı tarixi xidmətləri ümumiləşmiş formada 3 istiqamətə yönəlir. Dövlət müstəqilliyinin möhkəmlənməsi, onun qorunub saxlanılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində bərabər hüquqlu subyekt kimi iştirakının təmin olunması bu istiqamətlərin ən əsasıdır. Varlığında və özündən sonra siyasi irs olaraq dövlətin ideya prinsiplərini yaradan, ideoloji əsaslarını müəyyən edən Heydər Əliyev ən incə detallara qədər xalqın milli-mənəvi dəyərlərini, keçdiyi tarixi və qarşımızda duran başlıca vəzifələri nəzərə alıb. Dövlətin təməl prinsipi sayılan varislik prinsipinin hakimiyyətin ideoloji, siyasi, iqtisadi baxımdan gələcək nəsillərə ötürməsini özündə ehtiva etməklə Ümummilli lider Heydər Əliyevin ideya rəhbəri və müəllifi olduğu ali qanunumuzda birbaşa təsbit olunub. Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki onun siyasi irsini cənab Prezident İlham Əliyev uğurla yerinə yetirir, dövlət və dövlətçilik etibarlı və layiqli əldədir.
Digər çıxış edən məruzəçilər Ümummilli Liderin siyasi hakimiyyətə qayıdışı zamanı ölkədə cərəyan edən prosesləri sadaladılar, dahi şəxsiyyətin dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalan dövlətimizi böyük siyasi ustalıqla bu girdabdan qurtardığını dedilər, həmin zaman xarici siyasət kursunu məharətlə yerinə yetirməsində müstəsna əməyindən, eləcə bütövlükdə çağdaş Azərbaycan dövlətini yenidən qurub-yaratmaqdan ətraflı danışdılar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan və Özbəkistan çoxtərəfli müstəvidə əməkdaşlığı uğurla inkişaf etdirirlər
Müsahibə ikitərəfli münasibətlərin mahiyyətini də göstərdi, onun istiqamətlərini də