Yunanıstan Azərbaycan qazının Bolqarıstana nəqlinə başlayıb.
“İki sahil” “Bnr.bg”yə istinadən xəbər verir ki, Azərbaycan qazının Komotini-Stara Zaqora kəməri ilə Yunanıstandan Bolqarıstana sınaq nəqlinə bu gün başlanılıb, sınaq işləri ayın sonunadək davam edəcək.
2022-ci il iyulun 1-dən razılaşdırılmış 1 milyard kubmetr həcmində tədarüklərə başlanacağı gözlənilir.
Qeyd edək ki, Komotinidəki boru kəməri və Aleksandrupolis yaxınlığındakı terminal Bolqarıstan və region ölkələrinə Cənub Qaz Dəhlizindən qaz almağa imkan verəcək.
Xatırladaq ki, apreldə Rusiyanın “Qazprom” şirkəti Bolqarıstana qaz nəqlini dayandırdığını bəyan edib, çünki Bolqarıstan tərəfi onun şərtləri ilə tədarük haqqını ödəməkdən imtina edib.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib