20 iyun 2022 08:43
824

Azərbaycan Aİ ölkələrinə məhsul ixracını artırıb

Yanvar-may aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 9 milyard 613,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən "İki sahil"ə verilən məlumata görə, bu göstərici 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 milyard 943,6 milyon dollar çoxdur.

Beş ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 797,4 milyon dollara yaxın olub.