20 iyun 2022 11:03
911

Azərbaycanda bu il avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 21% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 48,1 mln. ton yük, 540,4 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sözügedən göstəricilər üzrə müvafiq olaraq 11,2% və 21,3% artım qeydə alınıb.

Məlumata görə, sərnişinlərin 94,5%-i avtobus, 5,5%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.