2019-cu ilin dekabr ayı ilə müqayisdə etsək qlobal səviyyədə işsizlik 3,8 faiz daha böyükdür.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Pfisinin direktoru Olqa Kulayeva Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetləri və nəticələrinin müəyyənləşdirilməsi üzrə keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu, 112 milyon itirilmiş iş yeri deməkdir.
"Qlobal iqtisadiyyat və əmək bazarı pandemiyadan öncəki rəqəmlərə hələ də gəlib çatmayıb. Layiqli Əmək üzrə Ölkə Proqramı bunun öhdəsindən gəlməkdə olduqca vacibdir" - deyə o qeyd edib.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib