20 iyun 2022 12:33
819

Azərbaycanda metanolun istehsalı 5 dəfəyədək artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 946,6 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 2,1 dəfə, kimya sənayesi məhsullarının istehsalında 25,2%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 19,9% artıb.

Məlumata görə, hesabat dövründə rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 66,6%, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,9%, kimya məhsullarından lak-boya məmulatlarının istehsalı isə 15,8% artıb.