Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 48 187,99 min ABŞ dolları dəyərində 56 507,75 ton neft idxal edib.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, Azərbaycandan idxal edilən neftin həcmi illik müqayisədə 16 808,87 ton və ya 22,9% azalıb, dəyəri isə 12 727 min dollar və ya 35,8% artıb.
2021-ci ilin ilk beş ayı ərzində Gürcüstan Azərbaycandan 35 460,95 min dollar dəyərində 73 316,62 ton neft idxal edib.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib