2022-ci ilin yanvar-may aylarında İtaliyadan Türkiyə limanlarına 9 milyon 734 min 435 ton yük daşınıb.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İtaliyadan limanlara 3 milyon 71 min 468 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 6 milyon 328 min 915 ton yük çatdırıb.
Bu müddət ərzində İtaliya bayraqlı gəmilər Türkiyə limanlarına 334 min 52 ton yük çatdırıb. 2022-ci ilin yanvar-may aylarında Türkiyə limanlarına İtaliyadan 16 milyon 10 min 339 ton tranzit yük daşınıb.
Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 33 milyon 431 min 149 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 355 min 407 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 31 milyon 75 min 741 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.
May ayında Türkiyə limanlarından 7 milyon 509 min 987 ton tranzit yük aşırılıb.
Bu ilin yanvar-may aylarında Türkiyə limanları 164 milyon 292 min 61 ton yük qəbul edib. Bu yüklərin 11 milyon 414 min 29 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 152 milyon 878 min 32 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.
Yanvar-may ayında Türkiyə limanlarından 35 milyon 282 min 27 ton tranzit yük aşırılıb.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib