"Gənclərin görüşü Azərbaycan və Ermənistan arasında sülh prosesinə təkan verəcək".
“İki sahil” xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycan gəncləri ilə görüşündə bildirib.
O deyib ki, bu cür görüşlər təkcə Fransa və Almaniyanın deyil, digər dövlətlərin də vasitəçiliyi ilə daim keçirilməlidir.
Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvarts isə ölkəsinin Azərbaycan və Ermənistan arasında sülh müzakirələrinin davam etdirilməsinə tərəfdar olduğunu vurğulayıb və bu cür görüşlərin bu proses üçün yaxşı başlanğıc olacağını söyləyib.
Xatırladaq ki, iyunun 6-dan 10-dək Fransada səfərdə olan Azərbaycan gəncləri orada Ermənistan, Almaniya və Fransa gəncləri ilə görüşüblər.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib