Son zamanlar müxtəlif xarici domen zonalarında "e-visa" adlı kütləvi domen qeydiyyatları müşahidə olunur.
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "İki sahil"ə verilən məlıumata görə, qeydiyyatdan keçirilən domen adlarının ümumişlək olması və turizm şirkətləri tərəfindən mümkün istifadəsini nəzərə alaraq onların bloklanması və ya qarşısının alınması yanlış pozitiv (false-positive) ola bilir.
Lakin domen adlarının şübhəli quruluşları onu deməyə əsas verir ki, dələduzlar bu sahədə də aktiv kampaniyalar həyata keçirir.
Mərkəz vətəndaşları belə saytlarda qeydiyyat və digər əməliyyatlar zamanı diqqətli olmağa çağırır və yalnız legitimliyinə əmin olduqları elektron informasiya resurslarından istifadə etməyi tövsiyə edir.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib