Bu ilin yanvar-may aylarında Azərbaycana 26 716,9 min dollar dəyərində 15 340,04 ton ət idxal edilib.
"İki sahil"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki göstəricidən müvafiq olaraq dəyər ifadəsində 3,5%, həcm göstəricisi üzrə isə 4,5% çoxdur.
Hesabat dövründə, ölkəyə 6 670,5 min dollar dəyərində (artım 39,7%) 4 482,73 ton (artım 40%) süd idxal olunub.
Bununla yanaşı, cari ilin ilk beş ayında 49 646,04 min dollar dəyərində 8 927,55 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 51,6% və 32,7% çoxdur.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib