22 iyun 2022 15:47
719

Azərbaycana yeyinti məhsullarının idxalı 16% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 875 067,1 min ABŞ dollarına bərabər olub.

"İki sahil"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, yeyinti məhsulları üzrə idxalın dəyəri bir il öncəki göstəriciyə nisbətən 16% artıb.

Ümumilikdə, cari ilin ilk beş ayında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 17,04% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,15 faiz bəndi azdır.