Bu il qlobal enerji sektoruna 2,4 trln. ABŞ dolları həcmində sərmayə yatırılacaq, bu da illik müqayisədə 8% artım deməkdir.
"İki sahil”in Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən verdiyi məlumata görə, artım əsasən təmiz enerjinin hesabına baş tutacaq.
Hesabatda qeyd olunub ki, artan investisiyalara baxmayaraq, bu, hazırki enerji böhranının bir çox aspektlərini həll etmək və daha təmiz və təhlükəsiz enerji gələcəyinə yol açmaq üçün kifayət qədər yetərli deyil.
"Biz hazırki qlobal enerji böhranını və ya iqlim böhranını görməməzlikdən gələ bilmərik, lakin yaxşı xəbər odur ki, onlar arasında seçim etmək lazım deyil - biz eyni zamanda hər ikisinin öhdəsindən gələ bilərik. Təmiz enerji keçidini sürətləndirmək üçün investisiyaların böyük artımı yeganə davamlı həlldir”, - IEA-nın icraçı direktoru Fatih Birol qeyd edib.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib