Energetika Nazirliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı üzrə əlaqələndirici funksiyasını yerinə yetirəcək.
“İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin sərəcamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planında əksini tapıb.
Energetika Nazirliyi Tədbirlər Planının icra vəziyyətinə dair hər il yanvar ayının 31-dək illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Nazirliyə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə əlaqələndirmə və monitorinq üzrə müvafiq işçi qrupun yaradılmasına dair təkliflərini 1 ay müddətində, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Tədbirlər Planından irəli gələn tədbirlərin maliyyələşdirilməsi üçün müvafiq illər üzrə dövlət büdcəsində vəsait nəzərdə tutulmasına dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək tapeşırılıb.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərin (payların) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması istiqamətində və Tədbirlər Planının əsas icraçıları olduqları tədbirləri üzrə zəruri işlərin görülməsini, Azərbaycan Respublikası Energetika Nazirliyinin müraciəti əsasında lazımi məlumatların təqdim olunmasını təmin etməlidirlər.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib