Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyası tikiləcək.
“İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyasının tikintisini təmin etməlidir.
Nazirlik 2022- 2026-cı illər ərzində layihəyə hazırlıq işlərinin görülməsi, müqavilələrin imzalanması, stansiyanın tikintisini (400 MVt gücündə) təmin etməlidir.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib