Bu ilin yanvar-may aylarında Azərbaycana 263 049,49 min ABŞ dolları dəyərində 12 683,41 ton əczaçılıq məhsulları idxal olunub.
"İki sahil"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə idxalın dəyəri 31,7%, həcmi isə 28% atıb.
Bu ilin may ayında ölkəyə 49 313,24 min. dollar dəyərində 2 177,87 ton sözügedən məhsullar idxal edilib ki, bu da aprel ayı ilə müqayisədə dəyər ifadəsində 2,1%, həcm ifadəsində isə 28,6% azdır.
Qeyd edək ki, cari ilin ilk beş ayında əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5,12%-nə bərabər olub.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib