23 iyun 2022 10:20
720

Qızıl və gümüşün qiyməti azalıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,29% azalaraq 1 833,8 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,85% azalaraq 21,32 dollar təşkil edib.