"Azərbaycanda turizmin inkişafı üçün geniş potensial mövcuddur. Qarabağ turizm üçün gözəl məkandır. Hazırda aparılan yenidənqurma və bərpa işləri Qarabağı turistlər üşün gözəl məkan edəcək".
“İki sahil” xəbər verir ki, bunu Rumıniya nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyasının iclasında Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini Cəlil Məlikov deyib.
O bildirib ki, pandemiya turizm sahəsinə ciddi mənfi təsir edib: "Rumıniya ilə turizm sahəsində münasibətləri inkiaf etdirmək üçün geniş potensial var. Turizm sənayesinin nümayəndələri arasında görüşlərin keçirilməsi Azərbaycan və Rumıniya arasında bu sahədə əməkdaşlığın inkişafı üçün vacibdir".
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib