“Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycana investisiya qoyuluşları 2023-cü maliyyə ilində arta bilər”.
Bunu “İki sahil”ə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.
Onun sözlərinə görə, əsas diqqət iqtisadi dayanıqlılığın artırılmasına, bərpa olunan enerji sahələrinə, kapital bazarının inkişafına və s. ayrılacaq.
O, Azərbaycanın "Dənizdə külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi" haqqında danışıb, bu layihənin yeni həyata keçirildiyini və Azərbaycanın bərpa olunan enerji növlərinin bu seqmentini inkişaf etdirmək üçün çox böyük potensiala malik olduğunu vurğulayıb.
“Bu çox vaxt aparacaq, lakin IFC Azərbaycanı bu istiqamətdə dəstəkləmək niyyətindədir”, - İ.F.Duarte bildirib.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib