Baş nazir Əli Əsədov Ələt Azad İqtisadi Zonasında aparılan işlərlə yerində tanış olub.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, müvafiq qurumların rəhbərləri ilə Ələt Azad İqtisadi Zonasına ayrılan torpaq sahəsi, maliyyə vəsaiti, su və energi təchizatı məsələləri və qarşıda duran vəzifələr müzakirə olunub və konkret tapşırıqlar verilib.
Daha sonra Baş nazir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində terminalların iş prinsipi və icra edilən infrastruktur layihələri üzrə görülən işlərlə tanış olub.
Azərbaycanda nəqliyyat və logistika sahəsində infrastrukturun hazırki vəziyyəti, rəqəmsallaşma, beynəlxalq yükdaşımalarda mövcud potensialın artırılması, artan tranzit yüklərin sürətli buraxılması üçün lazımi tədbirlərin görülməsi və bu sahədə qabaqcıl dünya təcrübəsinin, müasir innovativ həllərin tətbiqi və perspektiv layihələr ilə bağlı müzakirələr aparılıb və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Görüşlərdə Azərbaycan Prezidentinin köməkçisi-iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, rəqəmsal inkişaf və nəqliyyat naziri və sahə üzrə məsul şəxslər və rəhbərlər iştirak ediblər.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib