Bu gün imzalanan Bakı Bəyannaməsi üç ölkə arasında daha böyük layihələrin ərsəyə gəlməsində böyük töhfə olacaq.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, nəqliyyat sahələri üzrə məsul nazirlər arasında İşçi Qrup formalaşdırılacaq:
“Növbəti iclasın Qazaxıstanda keçirilməsi barədə razılıq əldə edilib. İclas yaxın aylarda həyata keçiriləcək”.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib