Bakı-Tiflis-Qars (BTQ) Dəmir Yolu Xəttinin tam istismara verilməsi üçün tikinti işlərinin başa çatdırılması vacibdir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Bu, Azərbaycan, Türkiyə və Qazaxıstan arasında bu gün imzalanan Bakı Bəyannaməsində də əksini tapıb.
Bundan əlavə qeyd olunub ki, dövlət-özəl tərəfdaşlıq layihələri vasitəsilə məhdudlaşmayaraq, dəniz nəqliyyatı xidmətlərinin inkişafı və özəl şirkətlərin bacarıqlarının artırılmasının təşviq edilməsi zərurəti, bərə və qatar bərələrinin, fider və konteyner gəmilərinin sayının artırılması və yükdaşıma qabiliyyətinin artırılması, habelə Xəzər dənizində müntəzəm daşımaların yaradılması zəruridir.
Nazir həmçinin, Şərq və Qərb arasında fiber optik kabel marşrutunun qurulması və Transxəzər Fiber Optik Layihəsinin həyata keçirilməsinin sürətləndirilməsinin, eləcə də ölkələr arasında telekommunikasiya peyk xidmətləri sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib