Azərbaycan, Türkiyə və Qazaxıstan arasında razılaşdırılmış tarif siyasətinə keçilməsi müzakirə edilir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin bu gün imzaladığı Bakı Bəyannaməsində qeyd olunub.
Bəyannamədə bildirilib ki, Orta Dəhliz marşrutunun nəqliyyat potensialının artırılması üçün razılaşdırılmış qarşılıqlı faydalı tarif siyasətinin aparılması vacibdir.
Vurğulanıb ki, dəhlizin kommersiyalaşdırılması və bütün Orta Dəhliz ölkələrinin əraziləri vasitəsilə tranzit daşımaların asanlaşdırılması yolu ilə əldə edilən faydaları maksimuma çatdırmaq üçün birgə səylər əhəmiyyətlidir.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib