Bu ilin may ayında Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı aprel ayı ilə müqayisədə 3% və ya 156,2 min nəfər artıb.
“İki sahil” xəbər verir ki, iyunun 1-i tarixinə ölkə üzrə 5 255,1 min nəfər aktiv "Facebook" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 51%-ni təşkil edir.
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 22,1% və ya 977,1 min nəfər artıb.
İstifadəçilərin 63,2%-i kişilər, 36,8%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 720,8 min) ibarət olub. Bu yaş istifadəçi kateqoriyası arasında kişilər 1 100,0 min nəfərlə liderlik edir.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib