"Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik".
"İki sahil" "Report"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes-forumunda qonşu ölkənin səfiri Zurab Pataradze bildirib.
O, həmçinin deyib ki, quru sərhədlərinin bağlı olması fonunda iki ölkə arasında aviasiya əlaqələri getdikcə artırılır və "Azərbaycan Hava Yolları" QSC (AZAL) gələn aydan etibarən Bakıdan Tbilisiyə həftədə 3 dəfə reyslər həyata keçirəcək.
Xatırladaq ki, Bakı-Tbilisi aviareyslərini AZAL-ın aşağı büdcəli törəməsi "Buta Airways" də gündəlik yerinə yetirir.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib