İndiyə qədər Azərbaycan şirkətləri Gürcüstana 3,5 milyard ABŞ dollarından çox investisiya yatırıb.
"İki sahil" "Report"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumunda Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov bildirib.
Onun sözlərinə görə, həmin məbləğin 1,5 milyard dolları Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.
"Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşı olmaqla bu ölkəyə ən çox investisiya yatıran ölkələrdən biridir. Azərbaycan şirkətləri Gürcüstanın ən böyük vergi ödəyiciləridir. Onların hesabına qonşu ölkədə minlərlə iş yeri yaradılıb. Koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, ötən il iki ölkə arasında ümumi dəyəri 1 milyard dollardan çox olmaqla ticarət aparılıb", - deyə səfirlik rəsmisi qeyd edib.
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub
AKİA sədri Yalçın Camalov: Dövlət Proqramı üzrə cari ildə nəzərdə tutulan subsidiyaların ödənilməsinə başlanıb
Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib
Hindistanın üç şəhərində Azərbaycan turizminə həsr olunan işgüzar görüşlər keçirilib