Ölkəyə gətirilən dərman və qida əlavələrinin sənədləşdirilməsində çətinliklər mövcuddur.
“İki sahil” xəbər verir ki, bunu "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, bəzi hallarda sahibkarlar tərəfindən ölkəyə idxal edilən məhsulların rəsmiləşdirilməsi böyük vaxt itkisinə səbəb olur. "Məhsulların müvafiq laboratoriyalarda yoxlanılması müddəti onların korlanmasına, əlavə zaman itkisi və digər məsrəflərin yaranmasına səbəb olur. Bununla bağlı qurumlararası koordinasiyanın optimallaşdırılmasını, özəl laboratoriyaların yaradılmasının stimullaşdırılmasını təklif edirik",- deyə Orxan Məmmədov qeyd edib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir