01 iyul 2022 12:56
719

Avropada qazın qiyməti 1600 dollara yaxınlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1000 kubmetrinin qiyməti 1 600 ABŞ dollarına yaxınlaşıb.

“İki sahil” xəbər verir ki,  1 iyul tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) avqust fyuçerslərinin qiyməti 1 590,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1,9% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.