03 iyul 2022 16:05
756

Akramjon Nematov: Biz indi sənaye əməkdaşlığını dərinləşdiririk

Özbəkistan Azərbaycanla sənaye sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyir.

"İki sahil" xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun direktorunun birinci müavini Akramjon Nematov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəsmi beyin mərkəzlərinin Şuşa şəhərində keçirilən konfransında deyib.

"Biz indi sənaye əməkdaşlığını dərinləşdiririk. Hazırda həm minik, həm də yük avtomobillərinin yığılması üzrə birgə layihələrin həyata keçirilməsi planlaşdırılır", - deyə A.Nematov bildirib.