Artıq Litva şirkətləri Qarabağda bərpa layihələrində iştirakla bağlı müzakirələr aparır.
“İki sahil” xəbər verir ki, bu barədə Trend-ə Litvanın Azərbaycandakı səfiri Egidius Navikas deyib.
"Daha çox Litva şirkəti bərpa işlərində iştirak etməkdə maraqlı ola bilər, xüsusən Azərbaycanın bu regionlarda “yaşıl” zona yaratmağı , "ağıllı" kəndlər və "ağıllı" şəhərlər qurmağı planlaşdırdığını nəzərə alsaq, Litvanın da daxil olduğu Aİ ölkələri isə kifayət qədər yaxşı təcrübəyə malikdir", - deyə E.Navikas bildirib.
Səfir qeyd edib ki, Litva da memarlıq abidələrinin bərpasında Azərbaycana kömək edə bilər:
"Yardım edə biləcəyimiz digər sahə Qarabağda və ətraf rayonlarda mədəni irsin bərpasıdır. Bu sahədə litvalı ekspertlər artıq azərbaycanlı həmkarları ilə əlaqə saxlayırlar".
Onun sözlərinə görə, Litva Azərbaycanla innovativ və yüksək texnologiyalı sektorlarda (xüsusilə İKT və bərpa olunan enerji sektorlarında), o cümlədən kənd təsərrüfatı və qida sənayesində əməkdaşlıq imkanlarının tapılmasında xüsusi maraqlıdır.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir