Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Nur-Sultan şəhərində keçiriləcək Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 18-ci iclasında iştirak etmək üçün Qazaxıstana səfər edib.
Energetika Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, iclas çərçivəsində Hökumətlərarası Komissiyanın 17-ci iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstan arasında Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə Baş nazirin müavini - ticarət və inteqrasiya naziri Baxıt Sultanovdur.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir