Bu ilin iyun ayında portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı may ayı ilə müqayisədə 0,7 faiz bəndi azalıb.
"İki sahil”in “Global Stats” statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, noutbukların bazar payı cari ilin iyulun 1-nə 67,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 9,3 faiz bəndi çoxdur.
Mərkəzin məlumatına əsasən, bu ilin iyun ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı 0,6 faiz bəndi artaraq iyulun 1-nə 31,1% təşkil edib. Bu isə 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,3 faiz bəndi azdır.
Hesabatda bu ilin iyul ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,04% təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisinə bərabərdir. Bu seqment üzrə cari ilin iyun ayında (may ayına nisbətdə) 0,1 faiz bəndi artım qeydə alınıb.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir