Türkiyə Statistika Təşkilatı (TİK) bu ilin iyun ayı üzrə ölkədə inflyasiya göstəricilərini açıqlayıb.
"İki sahil” TİK-ə istinadən xəbər verir ki, iyunda istehlak qiymətləri indeksi ötən ay 4,95% artıb, illik müqayisədə isə 78,62 %-ə yüksəlib. Beləliklə, illik inflyasiya son 20 ilin ən yüksək səviyyəsinə çatıb.
Ən yüksək qiymət artımı nəqliyyat xidmətləri (123,37%), qida və spirtsiz içkilər (93,93%) və məişət avadanlıqlarında( 81,14%) qeydə alınıb.
Ən az qiymət artımı isə rabitə sektorunda müşahidə edilib - 23,74%. 2021-ci ilin eyni dövrünə nisbətən Türkiyədə geyim və ayaqqabı məhsulları 26,99%, təhsil xidmətləri 27,76%, səhiyyə xidmətləri isə 39,34% bahalaşıb.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir