“TEXNOFEST” Aviasiya, Kosmos və Texnologiya festivalının növbəti illərdə Özbəkistanda keçirilməsi planlaşdırılır.
Yüksək Texnologiyalar Parkından (YTP) “İki sahil”ə verilən məlumata görə, bunu Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin Milli İnnovasiyalar
Ofisinin baş direktoru Olimjon Tuyçiyev YTP ilə təşkil olunan onlayn görüş zamanı deyib.
O, bu yaxınlarda Azərbaycanın ev sahibliyi etdiyi “TEXNOFEST”in işini yüksək qiymətləndirərək, bu kimi mötəbər tədbirlərin müvafiq sahədə əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından böyük imkanlar açdığını qeyd edib.
Olimjon Tuyçiyev həmçinin qurumun, yaxın zamanda Türkiyənin Yıldız Texniki Universiteti Texnoparkı ilə birlikdə “İnno” texnoparkının yaradıldığını bildirib.
O, davamlı olaraq keçirilən innovasiya həftələri çərçivəsində festivalların təşkil edildiyini diqqətə çatdırıb. Baş direktor Özbəkistan və Azərbaycanda bu kimi kiçikmiqyaslı festivalların təşkilinin vacibliyini də önə çəkib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir