04 iyul 2022 15:08
691

Ümid edirik ki, BTQ ilə bağlı bütün işlər tezliklə tamamlanacaq

“Biz Bakı-Tbilisi-Qars dəmiryolu (BTQ) layihəsini tamamlamaq üçün çox aktiv şəkildə birlikdə işləməliyik. Gürcüstan tərəfi buna hazırdır. Ümid edirəm ki, tezliklə BTQ ilə bağlı bütün işləri tamamlayacağıq”.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburidze deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan tərəfi layihə ilə bağlı işləri tamamlamağa hazırdır.

Baş katib Gürcüstanın BTQ-ni tamamlaması üçün kreditə ehtiyacının olması ilə bağlı məsələyə də münasibət bildirib: “Bu, mövzu Azərbaycan və Gürcüstanın səlahiyyətli şəxslərinə aiddir. Əgər ehtiyac olsa, ümid edirəm ki, hər iki tərəf bununla bağlı qərar qəbul edəcək”.

Z.Çumburidze qeyd edib ki, Azərbaycan-Gürcüstan və Türkiyə mövcud əməkdaşlıqlarını genişləndirməyə çalışırlar.

"Üç ölkə arasında əməkdaşlıq Aİ-Gürcüstan Biznes Şurası tərəfindən dəstəklənir. Çünki biz anlayırıq ki, bu əməkdaşlıq ölkələr üçün çox vacibdir. Biz bütün vasitələrlə bir yerdə olmalıyıq", -deyə baş katib əlavə edib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu (BTQ) yolu xəttinin Gürcüstan hissəsində işlərin tezliklə tamamlanması məsələsi iyunun 27-də Bakıda Türkiyə, Qazaxıstan və Azərbaycan arasında imzalanan Bakı Bəyannaməsində də yer alıb.