Dövlət Məşğulluq Agentliyi ümumi dəyəri 1,8 milyon manat olan dörd tenderə yekun vurub.
"İki sahil” vahid dövlət elektron satınalmaları portalına istinadən xəbər verir ki, özünüməşğulluq proqramına cəlb olunacaq şəxslərə təlimlərin keçirilməsi xidməti üzrə "GRAVITY INC." MMC ilə 619 min manat dəyərində müqavilə imzalanıb.
Agentlik mebel və digər inventarların satın alınmasına 106 min manat (qalib şirkət "İDEAL OFFİCE" MMC), mikroavtobus və yük avtomobilin alınmasına (qalib şirkət "YENİMOTOR" MMC) 139,5 min manat, anbar xidmətlərinin satın alınmasına isə 954 min manat xərcləyib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir