Ağdam Sənaye Parkına 50 mln. manatdan çox investisiya yatırılması nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.
Nazir bildirib ki, artıq Sənaye Parkının rezidentləri üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır.
“190 ha ərazisi olan Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 mln. manatdan çox investisiya yatırması nəzərdə tutulur. Bu, 1000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək”, - nazir əlavə edib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir