Böyük Britaniyanın Baş naziri Boris Conson hesab edir ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) neft hasilatını artırmalı və qiymətləri aşağı salmağa kömək etməlidir.
Bu barədə “İki sahil” “Reuters“a istinadən xəbər verir.
"Şübhə yoxdur ki, bizə “OPEC+”dan daha çox neft lazmdır", - Boris Conson bildirib.
Baş nazir həmçinin qeyd edib ki, Böyük Britaniyanın Səudiyyə Ərəbistanı ilə möhkəm və məhsuldar əlaqələri var və bu, bütün Qərbin etməli olduğu bir şeydir (bu formada əlaqələrin yaqurulması – red.).
Xatırladaq ki, iyunun 30-da keçirilən görüşdən sonra “OPEC+” ölkələri avqustda gündəlik neft hasilatını 648 min barel artırmağa qərar veriblər.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir