05 iyul 2022 12:18
602

Dövlət ipotekası kreditlərinin sayı 39,5 mini ötüb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 39 586 borcalana 2 milyard 214,696,069 milyon manat kredit verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fonddan bildirilib.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 312,411,000 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 678 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.