2022-ci ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 12855,1 milyon manat proqnoza qarşı 12936,6 milyon manat və ya 100,6 faiz icra edilib.
“İki sahil” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 1346,1 milyon manat və ya 11,6 faiz çoxdur.
Məlumata görə, bu ilin birinci yarısında dövlət büdcəsi xərclərinin 8714,1 milyon manatı və ya 67,4 faizi cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 13,8% çox), 3434,8 milyon manatı və ya 26,5 faizi əsaslı xərclərə (12,5% çox), 787,7 milyon manatı və ya 6,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə ( 10,8% az) yönəldilib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir