Azərbaycan Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankına satdığı valyutanın həcmini açıqlayıb.
AMB-dən “İki sahil”ə bildirilib ki, Bankın sağlamlaşdırılması və onun institusional fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması üzrə yüksək nailiyyətlər əldə olunub.
Əldə edilmiş nəticələrin dayanıqlığının təmin olunması, bankın sabitliyinin daha da gücləndirilməsi və ötən dövrdən qalan valyuta mövqeyinin tənzimlənməsi məqsədilə banka 236 mln. ABŞ dolları həcmində vəsait satılıb.
Qeyd edək ki, satış üzrə AMB-nın xarici valyuta ehtiyatlarından istifadə edilib.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir