Azərbaycanda bulud əsaslı xidmətlərə tələbatın artması, yeni texnologiyaların tətbiqi və investisiyaların intensivləşməsi ilə bu sahənin daha da inkişaf edəcəyi proqnozu “Hökumət buludu” layihəsi üçün uzunmüddətli və dayanıqlı strategiyanın hazırlanmasını zəruri edir.
“İki sahil” xəbər verir ki, bu barədə “AzInTelecom”dan bildirilib.
Qeyd olunub ki, “Hökumət buludu” layihəsinin konsepsiyasının hazırlanması, keyfiyyətli və effektiv icrasını təmin etmək məqsədilə ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, İrlandiya və Estoniya kimi bir sıra ölkələrin təcrübəsi öyrənilməklə yanaşı çoxsaylı beynəlxalq şirkətlərlə təcrübə mübadiləsi aparılıb. Hazırda “Hökumət buludu”nun uzunmüddətli inkişaf strategiyasının hazırlanması və dövlət qurumlarının miqrasiya məsələləri müzakirə olunur.
Xatırladaq ki, “Hökumət buludu”nun yaradılması prosesi ölkə başçısının 3 iyun 2019-cu il tarixli Fərmanı əsasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən həyata keçirilir. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının vahid platformaya inteqrasiyası nəticəsində idarəçiliyin optimallaşdırılmasına, koordinasiyanın effektiv təşkilinə, əhaliyə göstərilən elektron xidmətlərin çevikliyinin, səmərəliliyinin daha da artırılmasına şərait yaradılacaq.
Qeyd edək ki, 2013-cü ildən bu günədək bulud hesablama tətbiqlərinin sayı 545-dən 1427 müxtəlif xidmətə çatdırılıb.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir