Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 30 iyun tarixində Bakı konfransı keçrilmişdir. Konfrasda iştirak edən cənab prezident İlham Əliyev mühüm məqamlara toxunmuşdur. Xüsusilə də ölkəmizin Vətən müharibəsində qazandığı şanlı qəlbədən bəhs etmişdir. Bəli, biz 2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur etdik. Azərbaycan Vətən müharibəsindəki qələbəni, dünya səviyyəli və düyüşəən qabiliyyətli ordusunun sayəsində əldə etmişdir. Sosial-iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf edən, hərbi sənayenin inkişafın xüsusi diqqət göstərən Azərbaycan Respubikası 44 gün ərzində heç bir maneyə ilə üzləşmədən özünün haqq-ədalət mübarizəsind qalib gəlmişdir və beynəlxalq hüququ bərpa etdik. İşğaldan azad olunmuş ərazilərdə yüksək səviyyədə aparılan abadlıq-qruculuq işləri, həmçinin yenidən qurulan və ilk sakinlərini gözələyən, müasir standartlara tam şəkildə cavab verən Zəngilanın Ağalı kəndi görülən işlərə bariz nümunədir.
Prezident İlham Əliyev konfransda çıxışı zamanı “Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik. Biz, həmçinin Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin də şahidi olduq” deyərək Azərbaycanın dünya miqyasında sülhün və əminamanlığın bərqərar olunmasındakı bir mənalı mövqeyini bir daha ortaya qoydu.
Ümumilikdə, hər kəsə məlumdur ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik. Qeyd edək ki, bu hərəkata üzv olan dövlərin bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz məhz bunun tərəfdarıyıq-deyə cənab prezident vurğulamışdır. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib.
Əlirza Abdullayev,
YAP Yevlax rayon təşkilatının fəalı
Müsahibə ikitərəfli münasibətlərin mahiyyətini də göstərdi, onun istiqamətlərini də
Azərbaycan-Özbəkistan münasibətləri gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək - Sahil Kərimli