2022-ci ilin əvvəlindən Azərbaycanla Türkiyənin arasında ticarət dövriyyəsi 4,7 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin göstəricisini 12%-dən çox üstələyir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunan xüsusi sessiyada çıxış edərkən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycanın Türkiyəyə ixracı ötən il illik ifadədə 8,5% artaraq 2,8 mlrd. dollara yaxınlaşıb.
Yusif Abdullayev bildirib ki, ölkələr arasında artıq fəaliyyətdə olan Preferensial Ticarət Sazişi bu anlamda çox önəmli mexanizmdir: “Bu saziş çərçivəsində hər iki ölkədən 15 məhsulun heç bir rüsum olmadan ixracı nəzərdə tutulur. Biz istərdik ki, bu siyahı artsın, məhsulların çeşidi daha da genişləndirilsin”.
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir