Azərbaycanın azad edilmiş ərazilərdə fəaliyyət göstərən iş adamları üçün bir sıra güzəştlər mövcuddur və hazırda bu güzəştlərin artırılması məsələsinə baxılır.
“İki sahil” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyasında çıxış edən İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev deyib.
Onun sözlərinə görə, vergi və gömrük güzəştlərinin 15 ilə qaldırılması, bir sıra xam malların gömrük rüsumlarından azad edilməsi ilə bağlı məsələ də var: "Bu, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının cəlbediciliyini artıracaq".
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir